Sağlam qidalanma orqanizmimiz üçün böyük əhəmiyyət kəsb edir. Ancaq bəzən görməzlikdən gəldiyimiz və əslində zərərli olan bəzi qidalar bədənimizə ziyan verə bilər. Son araşdırmalara görə, orqanizmimizə zərərli qidalar siyahısında önə çıxan qidalar açıqlanıb.
Foodinfo.az bildirir ki, duz və şəkər istehlakını məhdudlaşdıraraq sağlam qidalanmağa diqqət edin. Həddindən artıq duz istehlakı hipertoniya riskini artıra bilər, həddindən artıq şəkər istehlakı isə piylənmə kimi sağlamlıq problemlərinə səbəb ola bilər.
Səhər yeməyində üstünlük verdiyimiz kolbasa, pastrami və hisə verilmiş hinduşka kimi işlənmiş ətlər sağlamlıq riski yarada bilər. Bu cür emal edilmiş ətlərin istehlakından çəkinmək lazımdır. Emal edilmiş ətlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 1-ci qrup kanserogenlər kimi təsnif edilir.
Aparılan bir araşdırmaya görə, işlənmiş ətlər koronar arteriya xəstəliyi riskini artırır.
Ağ çörək, ağ düyü, makaron, xəmir kimi təmizlənmiş karbohidratlar bədənimizdə iltihabı tətikləyir və həmçinin piylənmə səbəb olur.
Bir çox qablaşdırılmış qida və fast food məhsullarında olan hidrogen yağları ölüm nisbətlərini artırır və sağlamlığımız üçün çox zərərlidir. Dietoloqlar tərkibində hidrogen yağı olan məhsullardan istifadə etməməyi və qablaşdırılmış qidaların tərkib etiketlərini diqqətlə oxumağı tövsiyə edir.