Diyetoloq və endokrinoloq Natalya Lazurenko kefirin gecə saatlarında qəbulunun sağlamlıq baxımından məqsədəuyğun olmadığını bildirib. Foodinfo.az bildirir ki, mütəxəssis bu barədə “Veçernyaya Moskva” nəşrinə verdiyi açıqlamada danışıb. Onun sözlərinə görə, səhər və günorta saatlarında insan daha aktiv olduğu üçün kefirdə olan laktoza enerji sərfi zamanı orqanizm tərəfindən daha rahat istifadə olunur.
Axşam və gecə saatlarında isə maddələr mübadiləsi yavaşlayır və qəbul edilən əlavə enerji ehtiyat kimi saxlanılır. Bu da zamanla piylənmə riskini artıra bilər. Diyetoloq qeyd edib ki, gecə içilən bir stəkan kefir belə bədəndə yağ toplanmasına səbəb ola bilər. Xüsusilə karbohidrat mübadiləsi pozulan şəxslər üçün bu vərdiş təhlükəlidir. Metabolik sindromdan əziyyət çəkən insanlar da kefiri gecə menyusundan çıxarmalıdır.
Mütəxəssis şəkərli diabet xəstələrinə də axşam saatlarında kefir içməyi tövsiyə etmədiyini vurğulayıb. Onun fikrincə, kefir ən faydalı təsirini səhər yeməyi və ya günorta ara qidası kimi qəbul edildikdə göstərir. Sağlam qidalanma üçün məhsulların yalnız tərkibi deyil, qəbul vaxtı da mühüm rol oynayır. Mütəxəssislər balanslı qidalanma rejiminə riayət etməyi və gecə saatlarında yüngül menyuya üstünlük verməyi məsləhət görürlər.






