Qastroenteroloq Lyudmila Suxorukova RİA Novosti-yə müsahibəsində kimlərin yumurta yeməkdən çəkinməli olduğunu açıqlayıb.
Foodinfo.az xəbər verir ki, mütəxəssis toyuq yumurtasının tərkibində çoxlu faydalı maddələrin olduğunu qeyd edib. Bildirib ki, bununla yanaşı yumurta yüksək alergik məhsul hesab olunur. Belə ki, çiy yumurta qaynadılmış və ya qızardılmış yumurtadan daha çox allergiya verə bilər. Buna görə də, toyuq zülalına güclü allergiyası olan insanlar üçün bu əks göstərişdir.
Qastroenteroloqun sözlərinə görə, diabet xəstələri yumurtnı ehtiyatla yeməlidir. Çünki onların qan damarları, bir qayda olaraq, artıq şəkərdən təsirlənir və zədələnir, buna görə də belə insanlarda aterosklerozun inkişaf riski daha yüksəkdir.
Həmçinin, bütöv yumurta bir yaşdan kiçik uşaqlara verilməməlidir. Kiçik bir uşaq sarının yalnız dörddə birini yeyə bilər. Ancaq bir yaşından aşağı uşaqlara yumurtanın ağını yemək qəti qadağandır.