Dəfnə yarpağı özünəməxsus aroması və faydalı xüsusiyyətləri ilə bir çox yeməyə əlavə olunan ədviyyatdır. Onun tərkibindəki efir yağları yeməklərə dərin və zəngin dad verir.
Foodinfo.az xəbər verir ki, dəfnə yarpağı ən çox ət, balıq və tərəvəz yeməklərində istifadə olunur.
Dəfnə yarpağı mal, qoyun və ya toyuq ətinin bişirildiyi yeməklərə əlavə olunur. O, ət və tərəvəz şorbalarına ləzzət qatır. Şorbaların bişirilməsi zamanı suya xüsusi aroma verir.
Balıq və dəniz məhsullarında da istifadə olunduqda bu ədviyyat onların təbii dadını qoruyur və zərif ətir bəxş edir.
Dəfnə yarpağını bişirmə prosesində əlavə etmək və yemək hazır olduqda onu çıxarmaq məsləhətdir, çünki o, acı dada çevrilə bilər.