Makaron və düyüdən hər gün istifadə etmək tövsiyə olunmur, çünki bu məhsullar həddən artıq çox yedildikdə ciddi problemlərə səbəb ola bilər.

Foodinfo.az xəbər verir ki, tədqiqatçılar uzun müddət ərzində çox miqdarda ağ düyüdən istifadə etdikdə ürək problemlərinin yarana biləcəyini aşkarlayıblar. 

Bu taxılın gündəlik istehlakının bədənə təsirini böyük miqdarda şirniyyatla müqayisə etmək olar.

Mütəxəssislər qeyd edirlər ki, təmizlənmiş və mal olunmuş düyü çox vaxt qanda yağın - trigliseridlərin - yaranmasına və hətta orta yaşlı insanlarda da damarların tıxanmasına və işemik ürək xəstəliyinin inkişafına səbəb ola bilər.

Təmizlənmiş taxıllar orqanizm tərəfindən daha tez parçalanır, bu isə qida qəbulundan sonra qan şəkərinin səviyyəsinin artmasına səbəb olur. Bu vəziyyət mütəmadi davam etdikdə ürəyi idarə edən qan damarlarına və sinirlərə zərər verə, insult və infarkt riskini artıra bilər.