Banan yetişmə prosesindən sonra təbii olaraq tez çürüməyə başlayır. Ancaq bəzi üsullardan istifadə etməklə bananın təravətini qorumaq mümkündür.
Bu dadlı meyvə sağlam pəhrizin vacib hissəsidir və evdə tez-tez rast gəlinən bir meyvədir. Lakin bananın yetişmə prosesi kifayət qədər sürətli olduğundan onlar təravətini tez itirir. Xoşbəxtlikdən, bananları uzun müddət təzə saxlamaq üçün təsirli üsullar var.
Foodinfo.az bananları təzə saxlamağın praktik yollarını təqdim edir:
1. Banan günəş işığından və yüksək temperaturdan qorunması lazım olan meyvədir. Otaq temperaturunda saxlanılan banan 3-4 gün təravətini saxlaya bilir.
2. Bazardan və ya marketdən aldığınız bananları evə çatan kimi plastik torbalarından çıxarın. Plastik torbalar bananların daha tez çürüməsinə səbəb olur.
3. Banan dərhal istehlak edilmədiyi zaman onları kağız torbalara və ya adi vəziyyətdə soyuducunun qapalı bölmələrinə qoymaq olar. Beləliklə də onların saxlama müddətini artırmış olacaqsınız.
4. Bananların içərisində çürüyəni varsa, onu digərlərindən ayırmaq lazımdır. Əks halda bananlar yan-yana durduqca hamısı qaralmağa başlayacaq.
5. Onları bir həftəyə qədər saxlamaq üçün bananların birləşdiyi yerləri, yəni gövdələrini hava keçirməməsi üçün skoçla sarımaq lazımdır.