Buğda vitaminlərlə (B, E, K, PP qrupları), minerallarla (dəmir, kalsium, natrium, fosfor, sink, mis, manqan, selenyum), həmçinin lif və antioksidantlarla zəngindir.
Foodinfo.az xəbər verir ki, bu bitki stress müqavimətini artırır.
Ateroskleroz riskini azaldır, ürək əzələsinin tonusunu saxlayır.
Hımçinin iltihab əleyhinə və analjezik xüsusiyyətlərə malikdir və immunitet sisteminin qoruyucu xüsusiyyətlərini artırır.
Maddələr mübadiləsini yaxşılaşdırır, bağırsaqların fəaliyyətini normallaşdırır.
Kalsiumun udulmasını artırır, bununla da sümük toxumasını, saçı və dırnaqları sağlam saxlayır.