Gündə müxtəlif çay paketlərindən istifadə edirik, daha sonra isə onları atırıq. Ancaq mütəxəssislər deyir ki, çay paketləri bir çox problemin həllində istifadə olunur.
Çay paketləri kiçik yanıqlar zamanı istifadə edilir. Evdə baş verən yanıqlar zamanı yanan yerə paketi bağlasanız, ağrını azaldacaq.
Paket çayları kəpəkli saçlar üçün də faydalıdır. Çimməzdən bir saat əvvəl dəmlədiyiniz çay ilə saçınızı yuyun. Bu üsul həm kəpəyi azaldacaq, həm də saçlarınız daha parlaq olacaq.
Əllərinizdə və bədəninizdə ziyillər varsa, üzərinə paket çay qoyub 15 dəqiqə bağlayın. Şişliyin azaldığını görəcəksiniz, buna səbəb çayın içərisindəki antioksidantlardır.
Tez-tez istifadə etdiyiniz ayaqqabılarınızdan pis qoxu gəlirsə, içərisinə paket çay yerləşdirin.
Diş müalicəsindən sonra ağrı, qanaxma, şişkinlik varsa, çay paketini ağzınıza qoyub saxlayın. (Metbuat.az)