Araşdırmalar göstərir ki, normadan artıq duzlu yeməklərlə qidalanmaq beyin qanaması və ürək-damar xəstəlikləri riskini artırır. Bundan başqa həddindən çox duzlu qida qəbul etmək orqanizmdə bir sıra fəsadların yaranması ilə nəticələnə bilir.
Bunlara yüksək təzyiq, qastrit, böyrək daşı, artıq çəki və s. kimi xəstəlikləri misal göstərmək olar.
Mütəxəssislər insan orqanizminin gündəlik duz ehtiyacının 6 qram olduğunu bildirirlər. Lakin tədqiqatlar zamanı məlum olub ki, insanlar gün ərzində orta hesabla 18 qram duz qəbul edir. Bu da həkimlərin tövsiyəsindən 3 dəfə çoxdur.