Düzgün qidalanmaq insanı həm xəstəliklərdən qoruyur, həm də həddindən artıq kökəlmənin qarşısını alır.
Mütəxəssislər yemək saatlarının doğru seçilməsinin sağlamlıq baxımından önəmli olduğunu vurğulayırlar. Günə gümrah başlamaq üçün enerji dəyəri yüksək məhsullarla (az yağlı pendir, yumurta, zeytun, göyərti, buğda çörəy və s.) qidalanmaq məsləhət görülür.
Günorta yeməyi isə enerjini tarazlamalıdır. Bunun üçün zülal dəyəri yüksək qidalar, tərəvəzlər qəbul etmək faydalıdır.
Axşam ətli və zeytun yağlı tərəvəz yeməyinin yanında qatıq və az miqdarda makaron və ya yarma pilovu məsləhət görülən qida məhsulları sırasındadır.
Səhər yeməyi üçün ən ideal vaxt saat 7-dən sonra, nahar yeməyi üçün 12:30 – 13:00, axşam yeməyi üçün isə 18-00-18:30 arası hesab olunur.