“Ən sağlam giləmeyvə təzə, mövsümi, üzvi şəkildə yetişdiriləndir.” Foodinfo.az xəbər verir ki, bunu “İzvestiya” mətbu orqanına müsahibəsində həkim Yekaterina Terentyeva deyib. O, bildirib ki,  qaragiləni təkcə vitaminlərlə (o cümlədən A vitamini) deyil, həm də antioksidant təsir göstərən antosiyaninlərlə zəngindir, bədən hüceyrələrini kənar təsirindən qoruyur. Bu da xərçəng və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. Bundan əlavə, qaragilə mədə-bağırsaq traktında iltihablı prosesləri müalicə etməyə kömək edir.

Həkim onu da əlavə edib ki, bu giləmeyvə antiinflamatuar və antibakterial təsir göstərən, sağlam həzm sisteminin saxlanmasına kömək edən, mədə xorası və digər mədə-bağırsaq xəstəliklərinin inkişaf riskini azaldan flavonoidlərlə zəngindir. Bundan əlavə, qaragilə, yüksək antioksidan tərkibinə görə idrak funksiyasını yaxşılaşdırmağa və beyin sağlamlığını qorumağa kömək edir.

Nurlan