SM-Clinic-in uşaq endokrinoloqu Daria Xaikina ağ çörək və bulkaları uşaqların pəhrizindən çıxarmağı tövsiyə edib.
Foodinfo.az xəbər verir ki, ekspert Gazeta.Ru-ya müsahibəsində bildirib ki, tərkibindəki sürətli karbohidratlar qida dəyəri daşımır, sizi tez doyurur, lakin aclıq hissi də elə tez qayıdır.
Mütəxəssisin qeyd etdiyi kimi, hətta sendviçlərdə də ağ çörəkdən imtina etmək daha yaxşıdır.
“Məktəb naharı üçün kompleks karbohidratlar, zülallar və sağlam yağlarla zəngin olan qoz-fındıq, təzə meyvə, tərəvəz, tam taxıl çörəyi və təbii yoqurt kimi qidaları seçin. Bu, uşağınızın bütün məktəb günü qidalanmasına və diqqətini cəmləməsinə kömək edəcək”, - endokrinoloq əlavə edib.
Nurlan