Dietoloq və endokrinoloq Anastasiya Tarasko xəbərdarlıq edib ki, adətən təzə qidalardan daha ucuz və dadlı olduğu üçün seçilən ultra emal olunmuş qidalar böyük miqdarda yeyildikdə təhlükəli ola bilər.

Belə qidalar böyük miqdarda enerji ehtiva edir və yüksək enerji sıxlığına malikdir, lakin onların tərkibində bədən üçün faydalı olan maddələr azdır, buna görə də belə yüksək kalorili qidaların həddindən artıq istehlakı piylənməyə səbəb ola bilər.

O xatırladıb ki, ultra emal olunmuş qidalar şəkər, dad artırıcılar, yağlar və konservantlarla zəngindir. Eyni zamanda, onların tərkibində lif, vitamin və mikroelementlər azdır. Onları daim yeyirsinizsə, piylənmədən əlavə, arterial hipertansiyon, infarkt və ya iltihabi proseslər, o cümlədən onkologiya "qazanmaq" olar.