Foodinfo.az evdar qadınlara növbət faydalı məsləhətlərini təqdim edir:
- Daşıb tökülməsin deyə, südü qaynatdınız qazanın dibinə azca yağ yaxın.
- Südün tez qaynamasını istəyirsinizsə, onu qaynatdığınız qazana azca şəkər tökün.
- Daha ləzzətli və ağ olması üçün düyünü qaynatdığınız suya azca sirkə tökün.
- Kartofu qaynadarkən onu bir neçə yerdən deşsəniz, bişəndə çatlayıb dağılmaz.
- Tərəvəz şorbasını vam odun üstündı bişirmək lazımdır. Belə etsəniz tərəvəzlərin tərkibindəki vitaminlərin əksəriyyəti parçalanmaz.
- Çox duzlanmış bulyona bir neçə çiy kartof salıb qaynatmaqla onu duzsuzlaşdırmaq olar.