Bir neçə gündür Yardımlı rayonunun tərəvəz sahələrində sarımsaq yığımına başlanılıb.
Foodinfo.az-ın xəbərinə görə, ötən il sahələrdən bol məhsul əldə edən fermerlər bu il sarımsaq sahələrini bir qədər də genişləndiriblər. Əkilən sarımsaq bitkisinə göstərilən düzgün aqrotexniki qulluq və vaxtında zərərvericilərə qarşı aparılan tədbirlər bu il məhsuldarlığı ötən illə müqayisədə təxminən 20 faiz artırmağa zəmin yaradıb.
Rayon ərazisində əsasən dəmyə üsulu ilə becərilən sarımsağın keyfiyyəti də yüksəkdir.
Fermerlərin bol məhsul əldə etmələrinə baxmayaraq, saxlama kameralarının olmaması onların işini çətinləşdirir. Məhsul istehsalçıları yetişdirdikləri sarımsağın böyük bir hissəsini sahələrdə ucuz satmaq məcburiyyətində qalırlar.
Son xəbərlər
- Dəfnə yarpaqlarını qaynadılmış lobyaya qoyun - Nəticə inanılmaz olacaq
- Yaşıl çaya şəkər əlavə etmək lazımdırmı?
- Xaricdə fəaliyyət göstərən bir sıra müəssisələrdən məhsul idxalına məhdudiyyət qoyulub
- Bu əlamətlər bağırsağın pozulmasından xəbər verir
- Uzun ömrün sirri bu pəhrizdə ola bilər
- Mütəxəssis darçının möcüzəvi xüsusiyyətlərindən danışdı