
Qastroenteroloq, həkim və Hemotest laboratoriyasının eksperti Yekaterina Kaşux bildirib ki, qoz-fındıq yemək ürəyin işemik xəstəliyi ehtimalını azaldır və yaddaşı yaxşılaşdırır.
Foodinfo.az xəbər verir ki, “İzvestiya” qəzetinə müsahibəsində mütəxəssis qeyd edib ki, qoz-fındıqların tərkibində olan çoxlu doymamış yağ turşuları qan damarlarının hüceyrə membranlarını gücləndirir və həmçinin “pis” xolesterinlə mübarizədə iştirak edir.
Ekspertin fikrincə, antioksidantlar əlavə olaraq toxuma və orqanları sərbəst radikalların zədələnməsindən qoruyur.
"Maqnezium ümumi gərginliyi aradan qaldırmağa, qan damarlarını rahatlamağa və qan təzyiqini normallaşdırmağa kömək edir" - deyə həkim bildirib.