
Qədim dövrlərdən bəri ədviyyatlar yalnız yeməklərə dad qatmaq üçün yox, həm də şəfa məqsədilə istifadə olunub. Onlardan biri də darçındır. Darçınlı çay isə həm sağlamlıq baxımından, həm də ətirli dadı ilə günün istənilən saatında rahatlıq bəxş edən bir içkidir.
Foodinfo.az darçınlı çayın faydalarını təqdim edir:
Qan şəkərini tənzimləyir - Darçın orqanizmdə insulinə olan həssaslığı artırır, bu da xüsusilə 2-ci tip şəkərli diabet riski olan insanlar üçün çox faydalıdır.
Maddələr mübadiləsini sürətləndirir - Bədənin metabolizmini aktivləşdirərək yağ yandırma prosesini dəstəkləyir. Bu səbəbdən darçınlı çay pəhriz saxlayanlar arasında populyardır.
Soyuqdəymə və qripə qarşı təbii vasitədir - Darçın antibakterial və antivirus təsirə malikdir. Bal və limonla birlikdə istifadə edildikdə immun sistemini gücləndirir və boğaz ağrısına yaxşı təsir göstərir.
İltihabı azaldır - Tərkibindəki antioksidantlar iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bu da oynaqlar və əzələ ağrıları ilə mübarizədə faydalıdır.
5. Stressi azaldır - Bu çayın ətirli buxarı və istiliyi sinir sistemini sakitləşdirir, stressi və narahatlığı azaldır.
Darçını qaynar suya əlavə edin, 5-10 dəqiqə dəmləyin. İstəyə uyğun bal və limonla ləzzət qatıb içə bilərsiniz.
Həddindən artıq darçın qəbul etmək qaraciyərə təsir edə bilər. Gündə 1-2 fincan kifayət edir. Hamilə qadınlar və xroniki xəstəliyi olanlar istifadə etməzdən əvvəl həkimlə məsləhətlə şməlidir.