Fındıq məhsulunda aflatoksin maddəsinə daha sıx rast gəlinir. Bu insan və heyvan sağlamlığı üçün müəyyən risklər yaradır. Kif göbələklərinin inkişafı bağda başlamaqla, saxlama və daşıma şəraitində də baş verə bilər.
Fındıqda Aspergillus flavus və Aspergillus paraticus adlı kiflər insanlar üçün toksin olan “aflatoksin” adlı mikotoksin ifraz edir.
Aparılan tədqiqatlara görə, qabıqlı fındıqda məhsul yığımı, qurutma və saxlama müddətində Penicillium, Aspergillus və Rhizopus cinsinə aid növlərə rast gəlinmişdir. Qabıqlı fındıqda Aflavus inkişafı ağacda başlamaqla, məhsul yığımı boyunca artmaqdadır. Ancaq xırman və saxlamada qabığı çatlamış fındıq dənələri xaricində ağacdakı və yerdəki fındıq dənələrində Aflavus aşkar edilməmişdir. Aflatoksinin əmələ gəlməsi mühitin nəmli olması ilə bağlıdır. Yağışın çox olduğu vəziyyətlərdə kiflərin miqdarı artmaqdadır. Bu səbəblə, xüsusilə yağışlı havalarda yerə düşmüş istər qabıqlı, istərsə də qabıqsız fındıqların yerdə uzun müddət qalmasının qarşısı alınmalıdır.
Kiflərin fındıqda əmələ gətirdiyi xarabolma əlamətləri
Kiflər fındıqda zülal, yağ və karbohidratları enzimatik fəaliyyətlərlə parçalayaraq qidanın tərkibini dəyişdirməkdə, yağ tərkibinin azalmasına, sərbəst yağ turşusu miqdarının artmasına, zülalların parçalanmasına, amin turşularının birləşməsində dəyişiminə, qida dəyərinin düşməsinə, rəng dəyişiminə, pis qoxu yaranmasına, dad dəyişiminə, çəki itkisinə və toksin yaranmasına səbəb olur. Kiflər sağlam qidanın içinə də girə bildikləri üçün fındığa bakteriyalardan daha artıq zərər verməkdədirlər. Yüksək rütubətli yerlərdə saxlanılan fındıqlarda mikrobiyal mənbəli invertaz fermenti, saxarozanı parçalayaraq qlükoza və fruktoza yaratmaqdadır. Təzə fındıqda 0.05 qr/100 qr olan qlükoza, fruktoza miqdarlarının 0.1 qr/100 qr artması fındıqların köhnə və ya pis depolanmış olduğunu göstərməkdədir. Saxaroza miqdarının 4 qr/100 qr-dan 2 qr/100 qr-a düşməsi fındıqların xarab olduğunu göstərir. (AQTA)