Şaurma bir çox sağlamlıq faydasına malikdir. Bu barədə “Sağlam yaşa!” verilişinin efirində kardioloq German Qandelman və immunoloq Andrey Prodeus bildirib.

Mütəxəssislərin fikrincə, şaurma yemək prostat xərçəngi, insult, infarkt və şəkərli diabetin inkişaf ehtimalını azaldır.

Xüsusilə, kardioloq tomat pastasının faydalarını qeyd edib. Sousun tərkibində xərçəngdən qoruyan və ürək-damar sağlamlığını dəstəkləyən likopen maddəsi var.