Tərəvəzlər çox faydalıdır, lakin vitaminlərdən əlavə, onların bəzilərinin tərkibində toksinlər də çoxdur.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq və naturopat Kseniya Qlinkina (Çornaya) danışıb.
Onun sözlərinə görə, rasiondan çıxarmalı olduğumuz tərəvəzlər siyahısında birinci yerdə qarğıdalıdır, çünki o, orqanizm üçün zərərli olan pestisid və herbisidlərlə emal olunur, bu isə allergiyadan tutmuş onkologiyaya qədər müxtəlif xəstəliklərə səbəb ola bilər.
“Zərərli” tərəvəzlər siyahısında növbəti yerləri pomidor, bibər və badımcan tutur. Onların hamısının tərkibində mədə-bağırsaq traktını pozan lektin var. Bir sıra xəstəliklər zamanı bu tərəvəzlər hətta rasiondan tamamilə çıxarılır.
Kartof da bu siyahiya daxildir. Su və nişastadan ibarət olduğu üçün tez doydurur, lakin heç bir fayda vermir. Kartofun tərkibindəki nişasta bişdikdə şəkərə çevrilir, o isə piylənməyə və metabolik xəstəliklərə səbəb olur. Hətta sağlam bir insana belə, həftədə bir dəfədən çox kartof yemək məsləhət deyil, bişirəndə isə qabıqla qaynatmaq lazımdır, çünki bütün faydalı maddələr tərəvəzin qabığındadır. Kartofu qızartmaq isə qətiyyən tövsiyə olunmur, çünki bu, xolesterin lövhələrinin əmələ gəlməsinə və ürək problemlərinin yaranmasına səbəb olur.