İmmunitet sistemi orqanizmin xəstəliklərə qarşı qoruyucu qalxanıdır. Təbii qidalarla bu sistemi gücləndirmək mümkündür və effektivdir. Foodinfo.az xəbər verir ki, sarımsaq, zəncəfil və limon immunitetə müsbət təsir edən ən məşhur qidalardandır. Qara qarağat, kivi və portağal C vitamini ilə zəngindir və viruslara qarşı mübarizədə faydalıdır. Bal və propolis antimikrob xüsusiyyətlərə malikdir və boğaz infeksiyalarına qarşı qoruyucudur.

Kəsmik, yoqurt və kefir probiotiklərlə zəngin olub bağırsaq florasını dəstəkləyir. Yaşıl çay antioksidantlarla doludur və bədəni toksinlərdən təmizləyir. Brokoli, ispanaq və kələm immun hüceyrələrinin fəaliyyətini gücləndirir. Qoz və badam E vitamini ilə zəngin olub hüceyrə yenilənməsinə kömək edir. Günəş işığı D vitamini qaynağıdır, amma qış aylarında əlavələrə ehtiyac ola bilər. Kifayət qədər su içmək də toxunulmazlığın qorunmasında mühüm rol oynayır. Bu qidaların gündəlik rasionda yer alması xəstəliklərə qarşı müqaviməti artırır.