
Mütəxəssislər doymuş yağları az olan və Omeqa-3 ilə zəngin olan ən sağlam yağı açıqlayıblar.
Gündəlik həyatda həmişə süfrələrimizdə olan günəbaxan yağı, kərə yağı və zeytun yağı illərdir sağlam qidalanmanın təməl daşları arasında sayılır. Ancaq son araşdırmalar ən sağlam yağın kanola yağı olduğunu ortaya çıxarıb.
Foodinfo.az xəbər verir ki, kanola yağı tərkibindəki aşağı doymuş yağ və yüksək Omeqa-3 tərkibi sayəsində ürək-damar sağlamlığına əhəmiyyətli qoruyucu təsir göstərir.
Tərkibindəki E vitamini və antioksidanlar sayəsində bədəni sərbəst radikallara qarşı da dəstəkləyir.
Mütəxəssislər balanslaşdırılmış yağ turşusu profili ilə kanola yağının xüsusilə xolesterol tarazlığını qorumağa kömək etdiyini bildirirlər.
Bəzi elmi araşdırmalar həmçinin kanola yağının müntəzəm istehlakının pis xolesterini (LDL) aşağı saldığını və yaxşı xolesterolu (HDL) artırdığını göstərmişdir.
Yüksək istiliyə davamlı quruluşu sayəsində kanola yağı həm qızartmalarda, həm də sobada bişmiş yeməklərdə rahatlıqla istifadə edilə bilər.
Neytral dadı salatlarda və soyuq yeməklərdə aromanı pozmadan sağlam alternativ təklif edir.
Dietoloqlar kanola yağı seçərkən orqanik və qeyri-GMO istehsal sertifikatına malik məhsulların seçilməsinin vacibliyini də qeyd edirlər.