
Çörək bir çox insanın gündəlik rasionunun ayrılmaz hissəsidir. Ancaq bəzi hallarda — arıqlamaq, qan şəkərini tənzimləmək və ya sağlam qidalanmaq məqsədilə çörəyi məhdudlaşdırmaq və ya alternativlərlə əvəz etmək lazım gəlir. Xoşbəxtlikdən, çörək əvəzinə sağlam və ləzzətli seçimlər çoxdur.
Foodinfo.az çörəyi əvəz edə biləcək qidaları təqdim edir:
1. Kəsmikli və ya yumurtalı tortlar
Təbii protein mənbəyi olan kəsmik və yumurta əsaslı sadə tortlar çörək ehtiyacını yaxşı əvəz edir. Onlar həm tox saxlayır, həm də az karbohidratlıdır.
2. Tərəvəz dilimləri
Xiyar, bibər, kələm və kahı kimi tərəvəzlər sendviçlər üçün "çörək" rolunu oynaya bilər. İçi doldurulmuş kahı yarpaqları xüsusilə pəhriz dostudur.
3. Qatıq və toxum qarışıqları
Qatıq içərisinə chia, kətan və ya günəbaxan toxumları əlavə edərək doyurucu və çörəksiz bir nahar hazırlamaq mümkündür.
4. Tam buğda və ya qarabaşaq krakerləri
Əgər çörəyi tamamilə buraxmaq istəmirsinizsə, tam buğda, kəpəkli və ya qarabaşaq unundan hazırlanmış krakerlər sağlam alternativ ola bilər.
5. Yumurta "pancake"-ləri
Sadəcə yumurta və bir az tərəvəzlə hazırlanan pancake-lər həm ləzzətlidir, həm də çörəyə ehtiyacı aradan qaldırır.
Çörəksiz də həm doyurucu, həm də sağlam menyular yaratmaq mümkündür. Əsas odur ki, qidalanmada balansı qoruyub, bədəni lazım olan qida maddələri ilə təmin edək.