Mərkəzi Torontoda yerləşən “Second Harvest” şirkətinin "Qarşısı alınabiləcək qida tullantıları Böhranı" mövzulu araşdırma hesabatına görə Kanadada ildə 61.2 milyon ton qida məhsulu istehsal edilir. Ancaq bunun 35,5 milyon tonu (58%) israf edilir.
Hesabatda bildirilir ki, 35.5 milyon ton israfın ilk mərhələsi emal və istehsal prosesində reallaşır. Bu mərhələdə 21 milyard dollarlıq, yəni 4,82 milyon ton ərzaq istehlaka təqdim olunmamış hədər olur. 10 milyard dollarlılıq (2,38) milyon ton ərzaq isə istehlakçıya çatdırıldıqdan sonra tullanır.
Otel, restoran və kütləvi yemək yerləriylə qablaşdırma, paylama vs səbəblərlə israf və ya itki miqdarı illik 49 milyard dollara çatır. Hesabatda qeyd olunur ki, itirilən bu məbləğ ilə hər bir Kanadalı 5 ay ərzaqla təmin oluna bilər.
Mənbə: TRT