Keçibuynuzu tozu bir çox sağlamlıq faydaları təmin edən təbii qidadır. Bu təbii qida keçibuynuzu meyvəsini üyüdərək toz halına gətirməklə əldə edilir. 

Foodinfo.az keçibuynuzu tozunun faydalarını təqdim edir:

1. Vitaminlərlə zənginliyi: Keçibuynuzu tozu vitaminlər, minerallar və liflə zəngindir. Tərkibindəki təbii qidalarla orqanizmə enerji verir. 

2. Qida lifi: Liflə zəngin olan bu qida həzm sistemini tənzimləyir, bağırsaq sağlamlığını dəstəkləyir və insana toxluq hissi verir. 

3. Antioksidant təsir: Tərkibindəki antioksidant sayəsində keçibuynuzu tozu bədəni zərərli sərbəst radikallara qarşı qoruyur və hüceyrə sağlamlığını dəstəkləyir. 

4. Xolesterolu aşağı salması: Keçibuynuzu tozu xolesterol səviyyəsini tarazlaşdıraraq ürək sağlamlığını dəstəkləyir. 

5. Cinsi sağlamlıq: Bu toz şəklində olan qida tərkibindəki flavonoidlər sayəsində cinsi sağlamlığa müsbət təsir göstərir. 

Bəs keçibuynuzu tozundan necə istifadə etməli?

- Keçibuynuzu tozu adətən süd, qatıq, kefir və ya çay kimi içkilərə əlavə edilərək istehlak edilir.

 - Səhər yeməyində qatıq və ya pendirlə yemək olar.

- Desertlərin hazırlanmasında şəkər əvəzinə təbii dadlandırıcı kimi götürülə bilər.

- Reseptlərdə un yerinə keçibuynuzu tozundan istifadə etmək olar.

- Keçibuynuzu tozu sağlam və təbii qida mənbəyi olmaqla yanaşı, həm də ləzzətli ətir verə bilir.