"Hazırda satışda olan kənd yumurtaları köhnədir və təzə yumurta adı ilə yüksək qiymətə vətəndaşlara satılır".
Bunu Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.
Cəmiyyətin sədri bildirib ki, kənd yumurtasının az olmasını havaların soyması ilə əlaqələndirir və əlavə edib ki, yerli broyler müəssisələri ölkənin adi yumurtaya olan tələbatını artıqlaması ilə ödəyə bilirlər.
Qeyd edək ki, kəndlilər müşxtəlif xəstəliklərə görə quşların öldüyünü və quşlar azaldığından yumurta istehsalının da azaldığını bildirirlər. Azərbaycanda broyler müəssisələrində də quşların sayı azalıb. (Report)