Nevroloq Vladimir Martınov RİA Novosti-yə bildirib ki, yüksək qan təzyiqi və həzm problemi olan insanlar qəhvədən çox istifadə etməməlidirlər.
“Qəhvənin gündəlik istehlakı və ya həddindən artıq istifadəsi insanın əsəbiləşməsinə və ya narahat olmasına səbəb ola bilər.”
Bundan əlavə, həkim mədə problemi və ya qastriti olan insanlara həzm sisteminin pozulmasına səbəb ola biləcəyi üçün istehlak etdikləri qəhvənin miqdarına diqqət etməyi tövsiyə edib.
“Hipertoniyası olan insanlarda kofein qan təzyiqini daha da artıra bilər, baxmayaraq ki, bu qısamüddətlidir. Əgər siz nahardan sonra və ya yatmazdan əvvəl kofe içsəniz, yuxu pozula bilər və yuxusuzluq yarana bilər”, - Martınov qeyd edib.
Nevroloq orqanizmin çoxlu miqdarda qəhvəyə öyrəşməsindən danışıb. “Bu, asılılığa çevrilə bilər, insanın başı ağrıyacaq, kofe içməsə tez yorulacaq”.