Qırmızı acı bibər uzun illərdir ki, amerikan hindularının qida rasionuna daxildir. Məşhur səyyah Xristofor Kolumb XV əsrdə Vest-Hində ikinci ekspedisiyası zamanı acı bibərin dadına baxaraq onu "chilli" adlandırıb. "Cilli" qədim atsek dilindən tərcümədə "qırmızı" deməkdir. Kolumb onu Amerikaya gətirib və həmin bibər növü oradan bütün dünyaya yayılıb.
Acılıq dərəcəsinə görə Çili bibərinin bir-birindən fərqlənən bir neçə sortu var. Ona acı dad verən tərkibində olan kapsaisin alkoloididir. Kapsaisin bibərin içərisində olan ağ hissədə və toxumlarda daha çox olur. Həmin maddə patogen mikroorqanizmlərin inkişafının qarşısını alır, immun sistemi möhkəmləndirir, qrip və zökəm kimi infeksion xəstəliklərə qarşı orqanizmin dözümlülüyünü artırır, mədədə iltihabi prosesə və xoraya səbəb olan helicobacter pylori bakteriyalarına öldürücü təsir göstərir.
Həmçinin kapsaisin çox güclü antioksidantdır, sərbəst radikalları neytrallaşdıraraq onların orqanizmdən xaric olmasını sürətləndirir. Çili bibərinin tərkibində olan həmin maddə selikli qişadakı ağrı reseptorlarını qıcıqlandırır. Beyinə ötürülən impulslara cavab olaraq orqanizmdə tər ifrazını artıran, ağrıları azaldan və əhvali-ruhiyyəni yaxşılaşdıran endorfinlərin sintezi çoxalır. Acı bibər ekstraktından farmakologiyada analgetik preparatlar və plastrların hazırlanmasında istifadə edilir.
Kapsaisin orqanizmdə yağların oksidləşmə prosesini aktivləşdirir, temperaturu artırır, mübadilə proseslərini sürətləndirir. Dəri altında toplanaraq "portağal qabığı" görüntüsü verən artıq piy toxumasının parçalanmasını asanlaşdırır. Acı bibər orqanizmdə azot oksidin sintezini artırır, qan damarlarına genişləndirici təsir edərək arterial təzyiqi azaldır, iltihabı proseslərin qarşısını alaraq damarqoruyucu təsir göstərir, disfunksiyaların qarşısını alır.
Çili bibərinin tərkibində olan kapsaisin şəkərli diabet xəstəliyi olanlarda mədəaltı vəzin qan dövranını yaxşılaşdıraraq insulin sintezini stimulə edir, qanda şəkərin və aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini azaldır. (AZƏRTAC)
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir