Soğan tərkibində inulin adllı lif olduğu üçün orqanizmdə qaz əmələ gətirə və köp yarada bilər. 

Foodinfo.az xəbər verir ki, inulin istiliyə davamlıdır, ona görə də yağda qızardılanda soğanın tərkibində qalır.

Lakin bu növ lif suda həll oluna bildiyi üçün soğan qaynadılanda və ya buxarda bişəndə köp vermir.

İnulin əsasən həzmə müsbət təsir göstərir. O, yalnız yoğun bağırsaqda bakteriyalar tərəfindən mayalanır və bağırsaq fəaliyyətini stimullaşdırır, nəticədə qəbizliyi aradan aparır.