Ləbləbi dadından çox sağlamlığa faydaları ilə seçilən bir çərəz növüdür.
Foodinfo.az bu yazıda qovrulmuş noxudun sağlamlıq faydalarını təqdim edir:
1. Zülal qaynağı: Ləbləbi yüksək protein tərkibi sayəsində qidalandırıcı qəlyanaltı olaraq seçilir. Xüsusilə vegetarianlar və veganlar üçün vacib bir protein mənbəyi ola bilər.
2. Liflə zəngindir: O, liflə zəngin qidadır. Lif həzm sisteminin müntəzəm işləməsinə kömək edir və bağırsaq sağlamlığını qoruyur.
3. Antioksidanlarla dolu: Bu qida zəngin bir antioksidan mənbəyidir. Antioksidantlar orqanizmi sərbəst radikalların zərərli təsirlərindən qoruyur və xroniki xəstəliklərə qarşı qoruyucu rol oynayır.
4. Minerallarla zəngindir: Ləbləbi maqnezium, dəmir, kalium və sink kimi mühüm mineralları ehtiva edir. Bu minerallar bədən funksiyalarının düzgün işləməsinə kömək edir.