Metabolizmin sürətli işləməsi çəkinin idarəsində və ümumi sağlamlıqda mühüm rol oynayır. Foodinfo.az xəbər verir ki, gündəlik proteinli qidaların qəbulu enerji sərfini artırır. Su içmək, xüsusilə günə bir stəkan ilıq su ilə başlamaq maddələr mübadiləsini aktivləşdirir.

Yaşıl çay və qara qəhvə təbii stimullaşdırıcılardır. İdman və xüsusilə əzələ quruculuğu ilə bağlı məşqlər metabolizmi gücləndirir. Ac qalmaq əks təsir yaradır və maddələr mübadiləsini yavaşladır. Acı bibər və zəncəfil kimi ədviyyatlar bədənin istiliyini artıraraq kaloriyə tələbatı artırır.

Kiçik porsiyalarla tez-tez yemək metabolizmi aktiv saxlayır. Yuxu rejimi pozulduqda maddələr mübadiləsi də pozulur. Stress hormonu kortizol yağ yığılmasını artırır. Gündəlik aktivlik, məsələn pilləkənlə qalxmaq belə faydalıdır. Metabolizmi gücləndirmək üçün təbii üsullar davamlı olmalıdır.