Avropadakı bütün mikrodalğalı sobalar yeddi milyon avtomobilin buraxdığı qədər karbon dioksid (karbon qazı) buraxır. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bu nəticəyə Mançester Universitetinin alimləri gəliblər. Tədqiqatçıların fikrincə, onlardan səmərəsiz istifadə qlobal istiləşməyə təsir edir. Araşdırmaçılar mikrodalğalı sobaların istehsalı və onlardan istifadə zamanı ayrılan karbon dioksidin miqdarını təyin ediblər. Onların hesablamalarına görə, 19 mikrodalğalı sobadan hər il atmosferə 1 avtomobilin buraxdığı karbon qazı qədər zərərli maddə ayrılır. Foodinfo.az