ABŞ-ın Klivlend Klinikasından dietoloq Lara Uitson yaşıl lobyanın faydalı xüsusiyyətlərindən danışıb. Onun sözlərinə görə, bu məhsul hər bir insanın pəhrizində olmalıdır.
Yaşıl lobyada olan lif həzmi yaxşılaşdırır. O, nəinki qəbizliyin qarşısını alır, həm də bağırsaq mikrobiomunu tarazlaşdırmağa kömək edir.
Lobya daha yavaş həzm olunur və beləliklə sizi daha uzun müddət tox saxlayır. Bu məhsul həm də sümüklər üçün faydalı olan K vitamini ilə zəngindir.
Nəhayət, yaşıl lobya ürək xəstəliyi riskini azalda bilər.
Lobyada fol turşusu və kalium, ürək sağlamlığını yaxşılaşdıran iki qida var. Onlar qan təzyiqi və xolesterol səviyyəsini tənzimləməyə kömək edir.