Müştərilərdən biri “Özsüt” restoranından şikayət edib. Foodinfo.az xəbər verir ki, müştəri Ramazan ayında sahur üçün Atatürk parkının yanında yerləşən şöbədə rezervasiya edib. Amma restorana gələndə uzun bir növbənin olduğunu görüb. “Növbə girişdən başlayır, zalın sonuna qədər. Sonradan ayıdın oldu ki, yemək növbəsi imiş. 30 dəqiqə sonra yerimi güclə tapdım. 15 manat adambaşı qiymət qoymuşunuz, çeşid yoxdur. Elə bil “Konslagerdi” dəhşət”- deyə müştəri narazılıq edib. Restoran isə bu məsələsi qonaq sayının çoxluğu ilə əlaqələndirib. Açıq bufet olduğu üçün sıranın mövcudluğu, həmçinin  52 çeşid məhsul olduğunu deyib.   Restoran rəsmiləri həmçinin müştərinin narazı qaldığı məqamlara bir daha nəzər yetirəcəyini açıqlayıb. Aysel