Payız aylarında immuniteti gücləndirmək və orqanizmi soyuqdan qorumaq üçün bəzi təbii qidalar xüsusi önəm daşıyır. Foodinfo.az “Gazeta.ru” saytına istinadla xəbər verir ki, bu barədə “SM-Klinika”nın həkim-endokrinoloqu və qidalanma mütəxəssisi Darya Xaykina məlumat verib.
Mütəxəssisin sözlərinə görə, payızda menyuya daxil edilməli ən faydalı məhsullardan biri turş kələmdir. O bildirib ki, bu qida həm probiotiklərlə, həm də C vitamini ilə zəngindir və bu maddələr orqanizmin müdafiə gücünü artırmağa kömək edir.
Həkim qeyd edib ki, turş kələm təkcə immuniteti möhkəmləndirmir, həm də bağırsaq mikroflorasını bərpa edir, həzm proseslərini yaxşılaşdırır və soyuqdəymə hallarına qarşı orqanizmin müqavimətini artırır.
Xaykinanın sözlərinə görə, payız aylarında rasiona həmçinin moruq, göyəm, zoğal, balıq, qoz, kətan yağı, raps yağı, heyva, armud və nar kimi məhsulların əlavə edilməsi çox faydalıdır. Bu qidalar bədəndə vitamin-mineral balansını qoruyur və payız yorğunluğunun qarşısını alır.






