Portağal vitamin, flavonoid və liflərlə zəngindir. Tərkibində həmçinin iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malik olan antosianlar var. Ev şəraitində portağalı düzgün saxlamaq və keyfiyyətini azaltmamaq üçün nə etmək lazımdır?
Foodinfo.az xəbər verir ki, Florida Universitetinin mütəxəssislərinin tədqiqatlarına əsasən, portağalın 10-12 dərəcə temperaturda saxlanması antosianların, fenolların və antioksidantların miqdarını əhəmiyyətli dərəcədə artırır. Lakin meyvələrin çəkisini və möhkəmliyini qorumaq üçün optimal temperatur 6-8 dərəcədir.
Bəs doğranmış portağalları necə saxlamaq olar?
Amerikalı kulinariya blogeri Kori Uilyams meyvə dilimlərini plyonka ilə bükməyi və soyuducuda hermetik qabda maksimum 4 gün saxlamağı məsləhət görür.
Üzərində kif, ləkələr əmələ gəlibsə, qabığı büzüşübsə və xoşagəlməz qoxu verirsə, deməli, meyvə xarab olub.