Belarus Prezidenti Aleksandr Lukaşenko işgüzar tədbirlərin başa çatmasından sonra sentyabrın 5-də öz tarlasından kartof və bostan məhsullarının yığımına başlayıb.
Dövlət başçısının mətbuat xidmətinin məlumatına əsasən, yayın nisbətən quraq keçməsinə baxmayaraq, prezidentin sahəsindən xeyli kartof yığılıb – 1,5 hektardan 60 ton. Məhsul elə tarladaca çeşidlənib.
Dövlət başçısının bostan sahəsi də məhsuldarlığı ilə seçilib, belə ki, 1,6 hektardan 42 ton qarpız yığmaq mümkün olub. Prezident məhsulun yığılmasını birbaşa tarlada izləyib, hətta işçilərə kömək edib və qarpızın dadına baxıb.
Aleksandr Lukaşenkonun əkin sahəsi geniş olduğundan məhsul yığımı qarşıdakı günlərdə də davam edəcək.