Qarağat yarpaqlarının müalicəvi tərkibi təkcə xalq təbabətində deyil, həm də dərman istehsalında istifadə olunur. Bu yarpaqlarda çoxlu miqdarda zəruri vitaminlər və minerallar var.

Foodinfo.az xəbər verir ki, çay dəmləmək üçün açıq yaşıl rəngli ən üst yarpaqlar münasib deyil. 

Alt yarpaqlar da yararsızdır, çünki köhnə sayılır və torpağa yaxın olduğu üçün çirkli ola bilər. Kolun ortasına, yuxarıya doğru bitən təzə yarpaqları seçmək daha yaxşıdır.

Dərmanla emal olunmuş kollardan dərilən yaxud üzərində qurd və ya ləkələr olan qarağat yarpaqlarından istifadə etməmək məsləhətdir.  

Qarağat yarpaqlarının tərkibində A, B1, B2, B5, B6, B9, C, E, H, PP vitaminləri, makroelementlər (kalsium, kalium, fosfor, maqnezium, kükürd, xlor) və mikroelementlər (sink, yod, kobalt, manqan, mis, molibden, bor, ftor) mövcuddur.

Bu yarpaqların köməyi ilə immuniteti gücləndirmək və orqanizmdə C vitaminini bərpa etmək olar. Bundan əlavə, bitkinin tərkibindəki fitonsidlər orqanizmə antiseptik və iltihabəleyhinə təsir göstərir. Xüsusilə soyuqdəymə və ya tənəffüs orqanları xəstəlikləri zamanı faydalıdır.

Bundan əlavə, qarağat yarpaqları təzyiqi aşağı salır, bu isə hipertoniyası olanlar üçün faydalıdır.