Çayın qaynar içilməsi təkcə boğazı deyil, həm də qida borusunu və mədə divarlarını qıcıqlandırır. Bununla da, mütəmadi qaynar çay içən insanlarda ciddi xəstəliklərin yaranması ehtimalı artır.
Araşdırmalara görə, 62 dərəcədən yuxarı temperaturda olan çayı içmək mədə-bağırsaq sistemində ciddi fəsadlara səbəb olur. Belə ki, isti çay qida borusu xərçənginə səbəb ola bilir.
Çayın qaynar qəbul edilməsi qida borusuna zərər verdiyi üçün xərçəng olma riskini 8 dəfəyə qədər artırır. Çayın temperaturunun maksimum 56 dərəcə olması tövsiyə olunur.