Bu ilin yanvar-aprel aylarında Azərbaycan 19,9 milyon ABŞ dolları dəyərində qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyat idxal edib. Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 milyon ABŞ dolları (4,9%) çoxdur. 4 ay ərzində Azərbaycanın qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyat ixracının dəyəri isə 3,1 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,2 milyon ABŞ dolları (6,7%) azdır. Hesabat dövründə qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyat üzrə idxal Azərbaycanın ümumi idxalının 0,6%-ni, ixrac isə ümumi ixracın 0,05%-ni təşkil edib.