2018-ci ilin 8 ayı ərzində bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə qida məhsullarının istehsalında isə 1 faiz azalıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 2,6 dəfə, içki istehsalında 9,3 faiz artım, qida məhsullarının istehsalında isə 1,0 faiz azalma müşahidə olunmuşdur. Bu sahələrin əsas məhsullarından brendi (konyak) istehsalı 4,4 dəfə, üzüm şərabının istehsalı 33,8 faiz, alkoqolsuz içkilərin istehsalı 19,8 faiz artmış, bununla yanaşı cem və marmeladların istehsalı 0,7 faiz, kolbasa məmulatlarının istehsalı 1,4 faiz, duru bitki yağlarının istehsalı 8,1 faiz, qənd və şəkər tozu istehsalı 35,7 faiz azalmışdır.