Praqadakı Çarlz Universitetinin parazitoloqları və təkamülçü bioloqları bildiriblər ki, qida zəhərlənməsi hadisəsi insanın zehni qabiliyyətlərinə mənfi təsir göstərə bilər. Onların araşdırması Folia Parasitologica jurnalında dərc olunub.
Alimlər ümumi əhaliyə təsir edən və orqanizmdə uzun müddət qala bilən iki spesifik infeksiyaya diqqət yetiriblər: qida zəhərlənməsinə səbəb olan Toxoplasma gondii və Lyme xəstəliyinə səbəb olan Borrelia spp. Tədqiqatda 8 minə yaxın insan iştirak edib.
Məlum olub ki, əvvəllər toksoplazmadan qida zəhərlənməsi keçirmiş insanların öyrənmə qabiliyyəti, konsentrasiyası və yaddaşı pisləşib, intellekt azalıb.