Moskva Səhiyyə İdarəsinin baş dietoloqu Antonina Starodubova qırmızı ətin orta səviyyədə istehlakının insan sağlamlığı üçün faydalı olduğunu bildirib.
Foodinfo.az xəbər verir ki o, "Moskva 24" saytı ilə söhbətində bildirib ki, məhsulun tərkibində protein, tam amin turşusu tərkibi, dəmir və B vitaminləri var.
Starodubova qeyd edib ki, sağlam insan həftədə orta hesabla iki dəfəyə qədər qırmızı əti öz rasionuna daxil edə bilər və onun payı 100-150 q-dan çox olmamalıdır.
Onun sözlərinə görə, qırmızı ətin həddindən artıq istehlakı xroniki xəstəliklərin - ürək-damar patologiyalarının, 2-ci tip diabetin, onkologiyanın inkişafına səbəb ola bilər.
Fərid