Tibb elmləri namizədi, dietoloq Andrey Bobrovski qonaq gedən zaman həddindən artıq yeməmək barədə tövsiyələr verib.

Foodinfo.az xəbər verir ki, əvvəlcədən yüngül və həcmli bir şey yemək daha yaxşıdır, məsələn, tərəvəz və ya meyvələr.

Bobrovskinin fikrincə, qonaqlıqda boşqabınızı tərəvəz, göyərti və delikateslərlə doldurmalısınız.

“Yeməyi yavaş-yavaş və hərtərəfli çeynəyin. Hər dişləmədən maksimum ləzzət almaq və yeməyinizdən həzz almaq lazımdır. Pis variant odur ki, insan bir tikə götürüb ağzına salır və çeynəmədən, udmadan növbətisinə uzanır”, - deyə ekspert əlavə edib.

Nurlan