2021-ci ildə Rusiya xaricə 4,65 min ton kərə yağı göndərib, bu da 2020-ci ilin göstəricisindən 28% çoxdur (3,63 min ton).
Foodinfo.az İnterfax-a istinadən xəbər verir ki, bu barədə “Arqus” informasiya sisteminin məlumatlarına əsasən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat verir.
Rusiyanın kərə yağının əsas alıcılarına Azərbaycan da aiddir. Ötən il ölkəyə 319 ton, 2020-ci ildən təxminən iki dəfə çox (161 ton) kərə yağı göndərilib.
2021-ci ildə RF-dən pendir ixracı 24,37 min ton təşkil edib, bu da 2020-ci ilin göstəricisindən (20,22 min ton) 10% çoxdur.
Son xəbərlər
- Dünyanın ən zərərli qidası açıqlandı
- Fəsil dəyişkənliyində yuxunu necə tənzimləyək?
- Veysəloğlu Şirkətlər Qrupunun İR direktoru Ziya Rəcəbov "Strateji HR Forum"da spiker kimi iştirak edib
- Mətbəxdə televizorun olması buna səbəb olur - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
- 30 gün ərzində sağlam bədənə sahib olacaqsınız -BU QİDALARDAN UZAQ DURUN
- Fol turşusu hansı qidalarda daha çoxdur?