Yeni bir araşdırmaya görə, Rusiyada 2023-cü ildə müxtəlif xalqların, o cümlədən Meksika, İsrail, Gürcü və Şimali Qafqaz mətbəxlərinə ümumi tələbat demək olar ki, iki dəfə artıb.

Foodinfo.az bildirir ki, bu barədə “Gazeta.Ru” “GoldenEgg”ə istinadla yazır.

Belə ki, tətbiqdə üç payız ayı ərzində Qafqaz mətbəxi təqdim edən restoranlardan istifadə edənlərin sayı 42-dən 63%-ə yüksəlib.

Şimali Qafqaz mətbəxi 13%-dən 24%-ə, Meksika restoranlarının payı 11%-dən 19%-ə, İsrail restoranlarının payı isə 11%-dən 15%-ə yüksəlib.

Eyni zamanda, italyan mətbəxi müəssisələrinin payı 71 faizdən 58 faizə, fransız mətbxi isə 62 faizdən 53 faizə düşüb.

2023-cü ilin yanvar-noyabr aylarında restoranlara 25-34 yaş arası qonaqlar daha çox baş çəkib və bu, ümumi tətbiq istifadəçilərinin 42%-ni təşkil edir. 35-44 yaş kateqoriyası 36%, 45-dən 54 yaşa qədər 14%, 55 yaşdan yuxarı 8% təşkil edib.