
Səhər oyanan kimi acqarına su içmək orqanizm üçün olduqca faydalıdır. Foodinfo.az bildirir ki, bu vərdiş bədənin gecə boyu topladığı toksinləri sürətlə xaric edir. Mədə-bağırsaq fəaliyyətini tənzimləyərək qəbizlik və köp kimi problemlərin qarşısını alır.
Səhər su içmək immunitet sisteminin güclənməsinə də müsbət təsir göstərir. Qan dövranını aktivləşdirərək orqanların oksigenlə təminatını yaxşılaşdırır. Eyni zamanda dərini nəmləndirir və parlaq görünüş qazandırır. Mütəxəssislər acqarına su içməyin maddələr mübadiləsini sürətləndirdiyini bildirir.
Bu isə artıq çəkidən azad olmağa kömək edir. Böyrəklərin fəaliyyətini dəstəkləyərək daş əmələ gəlməsinin qarşısını alır. Səhər içilən su beyin fəaliyyətini aktivləşdirərək yuxu halını aradan qaldırır. Orqanizmdə pH balansını qorumağa yardım edir. Gündə 1-2 stəkan ilıq su içmək səhər enerjisini artırır.