Araşdırmalar göstərir ki, yuxudan oyandıqdan sonrakı 1 saat ərzində mütləq səhər yeməyi qəbul etmək lazımdır. Çünki orqanizm 10-12 saatdan çox ac qaldıqda sağlamlığımızda bir sıra fəsadlar meydana çıxa bilir.
Düzgün və mütəmadi səhər yeməyi insanın ideal çəkidə qalmasını təmin edir, infarkt riskini azaldır, yaddaşı gücləndirir, şəkərli diabet xəstəliyinin qarşısını alır.
1 stəkan süd, açıq rəngdə çay (bu yaşıl çay və ya istənilən bitki çayı da, ola bilər), 1 kibrit qutusu ölçüsündə pendir, 1 ədəd qaynadılmış yumurta, 5-6 ədəd zeytun, 1 xörək qaşığı bal, bəhməz, mürəbbə, 2-3 dilim çörək ilə mükəmməl bir səhər yeməyi yeyə bilərsiniz.