Bu ilin yanvar-mart aylarında 13,5 min ton şəkər tozu ixrac edilib.

Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən şəkər tozunun dəyəri 9.8 milyon dollar olub.

Xatırladaq ki, 2022-ci ilin müvafiq dövründə dəyəri 7,6 milyon dollar olmaqla 11,8 min ton şəkər tozu ixrac edilib.