Şəkərli qidalar və içkilər orqanizm üçün zərərli ola bilər. Foodinfo.az bildirir ki, şəkər artıq çəkini artırmaqla yanaşı, diabet və ürək xəstəliklərinə səbəb ola bilər. Bu cür qidalar qanda şəkərin sürətli qalxmasına səbəb olur. Eyni zamanda insulinin ifrazını artırır və qan dövranını pozur.

Şəkərli qidalar diş çürüməsinə və sızmasına da səbəb olur. Həmçinin şəkərli içkilər orqanizmin mineral və vitamin balansını pozur. Şəkərli qidaların çox istifadəsi yaddaş problemlərinə səbəb ola bilər. Artıq şəkər qəbulunun həzm sistemində pozulmalara səbəb olduğu da məlumdur. Bədəndəki yüksək şəkər səviyyəsi artıq toksinlərin yığılmasına yol açır. Şəkərli qidaların çox istehlakı infeksiyalara qarşı müqaviməti azaldır. Bu məhsulların azaldılması orqanizmin ümumi sağlamlığını yaxşılaşdırır. Təbii şəkər qaynaqları daha sağlam alternativdir.